Şimali Koreya lideri Çinə gəlib

Dünya

24.10.2026 - 20:24

Kim Çen In Çinə elan olunmamış səfər edib

Şimali Koreya lideri Kim Çen In Çinə elan olunmamış səfər edib. AYNA.AZ "Yonhap"a istinadən xəbər verir ki, Kim Çen İn bu gün Çinin Lioninq vilayətinin Dandonq bölgəsinə gəlib.

Onun Çinə səfərinin iki ölkə sərhədində yerləşən Yeni Yalu Çayı Körpüsü vasitəsilə baş tutduğu bildirilib.

Yeni Yalu Çayı Körpüsü Çin ilə Şimali Koreya arasındakı dövlət sərhədində yerləşir və iki ölkəni birləşdirən əsas quru sərhəd-keçid məntəqəsidir.

Səfərlə bağlı ətraflı məlumat verilməyib.

Qeyd edək ki, son günlər Kim Çen İn-in ölməsi ilə bağlı beynəlxalq mətbuatda xəbərlər yayılmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş