Sergey Lavrovla Ararat Mirzoyan arasında telefon danışığı olub

Dünya

11.11.2022 - 21:21

cedabet dərman SEO Xidməti

Kollektiv Təhlükəsizlik Şurasının sessiyasına hazırlıq müzakirə edilib

Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla telefon danışığı aparıb.

AYNA-nın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, telefon danışığı zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 23-də İrəvanda baş tutacaq Kollektiv Təhlükəsizlik Şurasının sessiyasına hazırlıq müzakirə edilib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin KTMT-nin İrəvanda baş tutacaq sammitində iştirak edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş