Serbiya regional helikopter qüvvəsinə çevrilmək niyyətindədir

Dünya

12.12.2021 - 18:05

Həkimlər Klinikalar SEO Xidməti

Prezident: “Serbiya Rusiya istehsalı olan 18 helikopter almaq niyyətindədir”

Serbiya 2022-2023-cü illərdə Rusiyadan 18 helikopter almaqla regional helikopter qüvvəsinə çevrilmək niyyətindədir. AYNA TASS-a istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

Prezidentin sözlərinə görə, ümumilikdə 30 helikopter alınacaq. Alınması planlaşdırılan helokpterlərin 11-i Airbus H-145, 4-ü Mi-35, üçü Mi-17 və 11-i işlənmiş Mi-35-dir.

Qeyd edək ki, bu ilin may ayında Rusiya Serbiya Silahlı Qüvvələrinə modernləşdirilmiş T-72MS tanklarının və Rusiya istehsalı olan BRDM-2M zirehli kəşfiyyat və patrul maşınları təhvil verib. Zirehli texnikanın təhvil-təslim mərasimi Serbiyanın Niş şəhərində Serbiya Quru Qoşunlarının 3-cü Mexanikləşdirilmiş Briqadasının ərazisində baş tutub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş