Serbiya Prezidenti xəstəxanaya yerləşdirilib?

Dünya

28.04.2023 - 13:01

cedabet dərman SEO Xidməti

Vuçiçin xəstəxanaya yerləşdirilməsi xəbərləri təkzib olunub

“Serbiya Prezidenti Aleksandr Vuçiçin təcili xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil”. AYNA xəbər verir ki, bu barədə məlumatı Serbiya hakimiyyətinə yaxın Pink telekanalı yayıb.

Kanalın məlumatına görə, bu şayiələr ilk dəfə siyasətçinin əleyhdarları tərəfindən “Twitter”də dərc edilib. Bildirilib ki, Vuçiçə ölüm arzulayan müxalifət bu cür məlumat yayıblar.

“Bəzən Vuçiç də hər bir zəhmətkeş insan kimi yorulur. Bəzən hətta həkimə də gedir", deyə məlumatda vurğulanıb.

Eyni zamanda, Prezidentin oğlu Danilo Vuçiç atasına sosial şəbəkədə dəstək sözləri yazıb: “Ata, sənin sağ və yaxşı olmağını istəyirəm”.

Qeyd edək ki, bundan əvvəl “B92” xəbər portalı Serbiya rəhbərinin xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayıb. Versiyalardan birinə görə, Prezident Hərbi Tibb Akademiyasına gətirilib və xəstəxanada müalicəsi davam etdirilir.

Rəsmi orqanlar isə hələlik bu xəbərlərə münasibət bildirməyiblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş