Şəmkirdə avtomobil körpüdən aşıb, ölən və xəsarət alan var

Hadisə

24.02.2024 - 22:51

Qəzada xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib

Şəmkir rayonunda avtomobil qəzası olub, ölən və xəsarət alan var.

AYNA-nın "Report"a istinadən məlumatına görə, Dəllər Cəyir kəndində "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq körpüdən aşıb.

Nəticədə 1987-ci il təvəllüdlü Cavid Zeynalov hadisə yerində dünyasını dəyişib, 1989-cu il təvəllüdlü E.Qarayev isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az