Şəhriyar Məmmədyarov liderliyi əldən verib

İdman

23.01.2022 - 00:27

Həkimlər Klinikalar SEO Xidməti

Məmmədyarov 4,5 xalla 2-ci pillədə qərarlaşıb

Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turnirində VII tura yekun vurulub.

AYNA-nın məlumatına görə, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov qara fiqurlarla Macarıstandan olan Rixard Rapportla üz-üzə gəlib. Görüş 29-cu gedişdə heç-heçə ilə yekunlaşıb.

Beləliklə, 7 turun yekununa əsasən, Məmmədyarov 4,5 xalla 2-ci pillədə qərarlaşıb. İlk pilləni isə xalını 5-ə çatdıran norveçli dünya çempionu Maqnus Karlsen ələ keçirib.

Şəhriyar Məmmədyarov liderliyi əldən verib
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş