Maradona dünyanın ən texnikalı futbolçusu seçilib

İdman

22.04.2020 - 07:42

Maradona braziliyalı Ronaldinyonu və niderlandlı Yohan Kroyffu qabaqlayıb

 

Əfsanəvi futbolçu Diyeqo Maradona dünyanın ən texnikalı futbolçusu seçilib.

 

AYNA “Qafqazinfo”ya istinadən bildirir ki, reytinq cədvəli “givemesport.com” portalı tərəfindən hazırlanıb.

 

Reytinqdə Maradona braziliyalı Ronaldinyonu və niderlandlı Yohan Kroyffu qabaqlayıb. “Barselona”nın forvardı Lionel Messi reytinqdə 5-ci, “Yuventus”un hücumçusu Kriştianu Ronaldu isə 13-cü yeri tutub.

 

Reytinqin Top-10-u: 1 - Diyeqo Maradona (Argentina), 2 -Ronaldinyo (Braziliya), 3- Yohan Kroyff (Niderland), 4- Zinəddin Zidan (Fransa), 5- Lionel Messi (Argentina), 6- Corc Best (İngiltərə), 7- Tyerri Anri (Fransa), 8 - Andres İnyesta (İspaniya), 9 - Andrea Pirlo (İtaliya), 10 - Havi (İspaniya).

 

Daha sonrakı yerlərdə Pol Skoulz (İngiltərə), Neymar (Braziliya), Kriştianu Ronaldu (Portuqaliya), Pele (Braziliya), Pele (Braziliya), Alfredo di Stefano (Argentina/İspaniya), Ronaldo (Braziliya), Ferents Puşkan (Macarıstan), Huan Roman Rikelme (Argentina), Roberto Badco (İtaliya) və Aryen Robben (Niderland) qərarlaşıblar.

Müəllif: Ayna.az