İngiltərə Super Kubokunun qalibi bəlli olub

İdman

29.08.2020 - 22:17

Qarşılaşmanın əsas vaxtında qalibi müəyyənləşdirmək mümkün olmayıb

 

Futbol üzrə İngiltərə Superkubokunun qalibi müəyyənləşib.

 

AYNA xəbər verir ki, “Uembli” stadionunda İngiltərə çempionu “Liverpul”la “Arsenal” üz-üzə gəlib.

 

Qarşılaşmanın əsas vaxtında qalibi müəyyənləşdirmək mümkün olmayıb - 1:1.

 

Penalti seriyasında daha dəqiq olan “Arsenal” 5:4 hesabı ilə qalib gələrək Superkuboka sahib çıxıb.

Müəllif: Ayna.az