Almaniya kubokunun finalı təxirə salınıb

İdman

25.04.2020 - 04:51

Qarşılaşma mayın 23-də keçirilməli idi

 

Almaniya kubokunun finalı təxriə salınıb.

 

AYNA xəbər verir ki, mayın 23-də keçirilməli olan qarşılaşma koronavirus pandemiyasına görə qeyri-müəyyən vaxta salınıb.

 

Qeyd edək ki, yarımfinalın "Bayern" - "Ayntraxt", "Saarbrükken" - "Bayer" matçlarının nə vaxt keçiriləcəyi də məlum deyil.

Müəllif: Ayna.az