Səfir: "Moskva ilə NATO arasında münasibətlər yaxşı ola bilərdi"

Dünya

07.12.2021 - 13:45

Həkimlər Klinikalar SEO Xidməti

Senderqard: "Rusiya bu konsepsiyanın bir hissəsi olacaq" 

"Hazırda Moskva ilə NATO ölkələri arasında münasibətlər yaxşı görünməsə də, daha yaxşı ola bilərdi". AYNA xəbər verir ki, bu sözləri "RİA Novosti"yə müsahibəsində Danimarkanın Rusiyadakı səfiri Karsten Senderqard deyib.

“İkitərəfli münasibətlərdə problemlər, unutmamalı olduğumuz və üzərində işləməli olduğumuz sabit məqamlar var”, - diplomat bildirib. 

Səfir qeyd edib ki, oxşar vəziyyət Rusiya tərəfinin əksər Qərb dövlətləri ilə qarşılıqlı fəaliyyətində də müşahidə olunur.

Senderqard bildirib ki, NATO-nun yeni strateji konsepsiyası 2022-ci ildə keçiriləcək NATO sammitində təqdim olunacaq: "Rusiya bu konsepsiyanın bir hissəsi olacaq".

Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Vaşinqtonda Rusiyanın NATO-ya üzvlüyünü genişləndirməmək vədini şərh edib. Onun sözlərinə görə, alyans açıq qapı siyasəti apardığından razılaşma pozulmayıb. Prays vurğulayıb ki, assosiasiyanın genişlənmək imkanı olmalıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş