“Rusiya və rus xalqı başa düşməlidir ki, müharibə aparmağın bir əvəzi var”
“Qərbin sanksiyaları həm də adi Rusiya vətəndaşlarına zərər verir. Qərb ruslara Ukraynadakı vəziyyətin əvəzini ödəmək üçün alternativin olmadığını nümayiş etdirməlidir”. AYNA xəbər verir ki, bu sözləri Finlandiyanın xarici işlər naziri Elina Valtonen “The Washington Post”a müsahibəsində deyib.
“Bəli, sanksiyalar həqiqətən adi insanlara ziyan vurur. Amma mən düşünürəm ki, Helsinkinin başqa seçimi yoxdur. Rusiya və rus xalqı başa düşməlidir ki, müharibə aparmağın bir əvəzi var. Bizim bunu nümayiş etdirməyimiz çox vacibdir”, - deyə nazir bildirib.
Qeyd edək ki, sentyabrın 10-da Avropa İttifaqı rusların şəxsi smartfonları və avtomobilləri ilə İttifaq ölkələrinə girişinə yeni qadağa qoyub. İki gün sonra Avropa Komissiyası ruslara tətbiq edilən tədbirləri yumşaldaraq bu qərarı yenidən nəzərdən keçirib.