Sabunçuda 26 yaşlı qadını avtomobil vurub

Xəbərlər

04.02.2023 - 09:28

Yaralı xəsarətlərlə xəstəxanaya çatdırılıb

Bakının Sabunçu rayonunda 26 yaşlı qadını avtomobil vurub.

AYNA-nın "Report"a istinadən məlumatına görə, 1997-ci il təvəllüdlü Allahverdiyeva Züleyxa Oleq qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az