Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, bu gecə saat 00:00-dan səhər saat 05:00-dək Heydər Əliyev prospektinin üzü şəhər istiqamətində yan yolunda, Bağırov körpüsünün alt hissəsindən keçən tuneldə elektrik sistemində olan nasazlıqların aradan qaldırılması üçün işlər aparılacaq.
Bu barədə AYNA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bildirilib ki, bununla əlaqədar olaraq sözügedən hissədə nəqliyyatın hərəkəti tam olaraq məhdudlaşdırılacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yol kimi prospektin əsas yolundan istifadə etmələri tövsiyə olunur.