Bakıda NATO ekspertlərinin iştirakı ilə treninq keçirilir

Xəbərlər

24.09.2019 - 16:26

Treninqi müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq

 

Silahlı Qüvvələrin Hərbi Akademiyasında Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində NATO ekspertlərinin iştirakı ilə pedaqoji təlimatçıların treninqi keçirilir.

 

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, treninqin məqsədi aparıcı pedaqoji təlimatçıların hazırlanaraq, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin pedaqoji potensialının Müdafiə Nazirliyinin kadr resursları hesabına təkmilləşdirilməsinə yardım göstərməkdən ibarətdir.

 

Sentyabrın 27-dək davam edəcək treninqi müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.

Müəllif: Ayna.az