Şabranda qanunsuz balıq ovlayan şəxslər saxlanılıb

Xəbərlər

05.11.2022 - 18:28

cedabet dərman SEO Xidməti

Quba rayon sakinləri Elgün Məhərrəmov və Elşən Ramazanov saxlanılıblar

Şabran rayonunda qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AYNA-ya verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində, rayonun Taxtakörpü su anbarının ərazisində qadağan edilmiş yerdə tilovlarla qanunsuz balıq ovu edən Quba rayon sakinləri Elgün Məhərrəmov və Elşən Ramazanov saxlanılıblar.

Həmin şəxslərdən 7 ədəd tilov və qanunsuz olaraq ovladıqları balıqlar aşkar edilib.

Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.

Şabranda qanunsuz balıq ovlayan şəxslər saxlanılıb
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş