Ölkəmizdə bir il ərzində 524 nəfər ağır xəstəliyə yoluxub

Xəbərlər

21.10.2019 - 18:26

2564 nəfər dispanser qeydiyyatına götürülüb

 

Azərbaycan vətəndaşları arasında 2019-cu ilin 9 ayı ərzində İİV-ə yoluxma hallarının 9,9%-i, ümumiliklə isə 1987-ci ildən 2019-cu ilin oktyabr ayının 1-dək yoluxma hallarının 41,1%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib.

 

AYNA-ya bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.

 

Məlumatda bildirilir ki, ümumilikdə 1988-ci ildən İİV-infeksiyası aşkar olunmuş 7932 nəfərdən, 3258 xəstə, inyeksion narkotik istifadəçiləri olub ki, onların da 2564 nəfəri (79,3%) dispanser qeydiyyatına götürülüb.

 

2019-cu ilin 9 ayında İİV-ə yoluxmuş 524 nəfər Azərbaycan vətəndaşının 34 (9,9%) nəfəri inyeksion narkotik istifadəcisi olub.

Müəllif: Ayna.az