Şabranda 39 yaşlı qadın dəm qazından zəhərlənib

Hadisə

09.01.2022 - 21:03

Həkimlər Klinikalar SEO Xidməti

Zərərçəkən reanimasiyaya yerləşdirilib

Şabranda qadın dəm qazından zəhərlənib. AYNA-nın “Report”a istinadən xəbərinə görə, 1983-cü il təvəllüdlü Xuraman Arif qızı Həsənova Qalib Quliyev küçəsində yaşadığı evdə dəm qazından zəhərlənib.

O, təcili tibbi yardımın köməyi ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Zərərçəkənə tibbi yardım göstərilib və o, reanimasiya şöbəsinə yerləşdirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş