Çimərlikdə paytaxt sakinini bıçaqlayıb pulunu oğurladılar

Hadisə

24.08.2019 - 04:22

Faktla bağlı araşdırma aparılır

 

Şüvəlan çimərliyində insident olub. AYNA "Report"-a istinadən xəbər verir ki, C.Bədəlov adlı şəxs dənizdə çimərkən sahildə olan paltarlarının cibindən pul oğurlandığının şahidi olub.

 

Oğurluq etmək istəyənlərə yaxınlaşan zaman iki nəfər naməlum şəxs C.Bədəlova bıçaqla xəsarət yetirərək onun cibində olan 2000 avro pulunu götürərək hadisə yerindən qaçıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az