Sabirabadda evdə yanğın olub

Hadisə

05.02.2024 - 17:21

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub

Sabirabadda yanğın olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, Sabirabad rayonunun Əhmədabad kəndində ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az