Yenə İrandan Azərbaycana bəla keçirmək istəyiblər

Hadisə

08.11.2019 - 14:58

Həkimlər Klinikalar SEO Xidməti

Daxili orqanında narkotik vasitə və psixotrop maddə aşkarlanıb

 

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, Astara gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, vətəndaşın üzərində şəxsi yoxlama zamanı onun daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Astara Rayon Mərkəzi Xəstəxanasında müayinə nəticəsində isə sözügedən şəxsin düz bağırsağında 3 ədəd büküm aşkar edilib.

 

Həmin bükümlərdən birində narkotik vasitə olan və üzərində "FM 40" yazılan 78 ədəd metadon həbi, digərlərində isə ümumi çəkisi 0,4 qram olan psixotrop maddə - metamfetamin və ümumi çəkisi 3,7 qram olan narkotik vasitə - həşiş aşkarlanıb.

 

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az