Sabiq icra başçısı Polşada saxlanılıb: Baş Prokurorluq məlumat yaydı

Xəbərlər

05.10.2022 - 14:42

cedabet dərman SEO Xidməti

Baş Prokurorluq tərəfindən aidiyyəti qurumlara sorğu göndərilib

Baş Prokurorluq sabiq icra başçısının Polşada saxlanılması faktıyla bağlı açıqlama yayıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, Qubadlı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyevin təşkilatçılığı ilə 1993-cü ildə bir sıra xüsusilə ağır cinayətlərin törədilməsi faktlarına görə Qubadlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.10, 29,120.2.11, 309.2 və digər maddələri ilə cinayət işi başlanılıb və E.Nuriyev qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilib.

02.10.2022-ci il tarixdə o, Polşa Respublikasının ərazisində saxlanılıb. Hazırda E.Nuriyevin Azərbaycan Respublikasına ekstradisiya edilməsi məqsədi ilə Baş Prokurorluq tərəfindən aidiyyəti qurumlara sorğu göndərilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş