Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var
Noyabrın 14-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 14-ü günün ikinci yarısından 15-i səhərədək arabir yağış yağacağı gözlənilir.
Rayonlarda isə noyabrın 14-ü gündüzdən 16-dək bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.