Müəllimlərin diqqətinə!

Xəbərlər

30.08.2019 - 11:59

Əlavə yerləşdirmə üzrə vakansiya seçimi başa çatıb

 

Müəllimlərin işə qəbulu müsabiqəsinin əlavə yerləşdirmə üzrə vakansiya seçimi başa çatıb. Bu barədə AYNA-ya Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Həmin məlumata görə, 5190 namizəd elektron ərizəsini təsdiq edərək bu mərhələdə iştirak edib. Ərizəsini təsdiqləyən şəxslərin elektron yerləşdirilməsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

 

Elektron yerləşdirilmə zamanı vakant yer tutmaq hüququ qazanmış namizədlərlə müsahibə mərhələsi keçiriləcək. Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər.

 

Vakant yer tutmuş namizədlərin şəxsi səhifələrinə müsahibə mərhələsi barədə tezliklə məlumat göndəriləcək.

Müəllif: Ayna.az