Fevralın 27-nə gözlənilən hava proqnozu açıqlanıb
Fevralın 27-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq, cənub küləyi əsəcək.
Gecə 3-6 dərəcə, gündüz 8-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75% olacaq.
Rayonlarda hava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.