Əkrəm İmamoğlu Azərbaycan xalqını təbrik etdi

Xəbərlər

18.10.2019 - 12:13

"Dost və qardaş xalqımıza neçə müstəqil və azad illər arzu edirəm"

 

İstanbul Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Azərbaycanın müstəqillik gününü təbrik edib.


AYNA xəbər verir ki, Ə.İmamoğlu bu barədə öz "Twitter" səhifəsində yazıb.


Bələdiyyə sədri, "Azərbaycanın müstəqillik gününü ürəkdən təbrik edirəm. Dost və qardaş xalqımıza neçə müstəqil və azad illər arzu edirəm", - deyə qeyd edib.

Elchin Rustamli adlı şəxsin şəkli.

Xatırladaq ki, bu gün "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul etməsindən 28 il ötür. "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı Azərbaycan Respublikasının Ali Sovetinin 1991-ci il 18 oktyabr tarixli sessiyasında  qəbul edilib.

Müəllif: Ayna.az