Sabah Kremldə ilhaq rəsmiləşdiriləcək 

Dünya

29.09.2022 - 14:28

Ukraynadan işğal olunan ərazilərin Rusiyaya daxil olmasına dair sazişlər imzalanacaq

"Sabah saat 15:00-da Kremldə yeni ərazilərin Rusiyaya daxil olmasına dair sazişlər imzalanacaq". AYNA Rusiya mediasına istinadən xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Sabah saat 15:00-da Kremlin Georgiyevsk zalında yeni ərazilərin Rusiya Federasiyasına daxil olmasına dair sazişlərin imzalanması baş tutacaq. Putinin çıxışı olacaq”, - deyə Peskov bildirib.

Qeyd edək ki, Rusiya işğal etdiyi ərazilərdə qondarma referendumlar keçirib. 

Müəllif: Ayna.az