Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb

Hadisə

02.01.2022 - 05:23

Yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb

Saatlıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə Sarıcalar kəndində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması zamanı kənd sakini, 1976-cı il təvəllüdlü Kazımova Mədinə Səməd qızı və daha bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir – red.) yüngül xəsarət alıb.

M.Kazımova Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az