Belqorodda hündürmərtəbəli bina zərər görüb
Rusların Xarkova atdığı raket Rusiyanın Belqorod şəhərində yaşayış binasına düşüb. AYNA UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Rabitə İdarəsi məlumat yayıb.
"Bir saat əvvəl ruslar Xarkovu atəşə tutmaq qərarına gəliblər. Atılan 4 raketdən 3-ü zərərsizləşdirilib, biri isə Belqorodda yaşayış binasına düşüb", - məlumatda qeyd edilib.
Vurğulanıb ki, raketlər sistematik olaraq Rusiyanın Belqorod şəhərindən Xarkovda atılır. Raketlərin bəziləri Belqorodun özündə partlayır.
Xatırladaq ki, Qərb kəşfiyyatı Rusiyanın Belqorod şəhərindəki hərbi obyektlərin Ukrayna ordusu üçün qanuni hədəf olduğunu açıqlayıb. Avqustun 18-də Belqorod vilayətində rus işğalçılarının döyüş sursatı olan anbar partladılıb.
Bu yaxınlarda partlayışlar nəticəsində Kursk və Belqorod vilayətləri ərazisində Rusiya bazası və S-300 zenit-raket komplekslərinin çoxluğu məhv edilib. Həmçinin Rusiyanın Belqorod vilayətində Şebekino şəhərində yarımstansiyada yanğın baş verib.