Rusiyalı aktyor Türkiyədən uçan təyyarədə insident törədib - FOTO

Dünya

15.11.2021 - 07:15

Həkimlər Klinikalar SEO Xidməti

Sərxoş olan Kaçinski baş verənləri xatırlamadığını bildirib

Rusiyalı aktyor Sergey Kaçinski Türkiyənin Antalya şəhərindən Sankt-Peterburqa uçan təyyarədə insident törədib, digər sərnişinləri narahat edib.

AYNA Rusiya mediasına istinadən bildirir ki, 30 yaşlı Kaçinski “Duty free”dən çoxlu spirtli içki alıb və təyyarədə içməyə başlayıb və sərxoş vəziyyətdə stüardessalarla dava edib.

Kaçinski baş verənləri xatırlamadığını bildirib. Aktyor yalnız stüardessa ilə söhbəti, ondan sakitləşdirici dərman istədiyini xatırlayır.

Kaçinski polis əməkdaşları tərəfindən saxlanılıb və cərimələnib.

Qeyd edək ki, bir müddət əvvəl rusiyalı balerina Anastasiya Voloçkovanın spirtli içki qəbul etdikdən sonra qeyri-münasib davranışına görə Türkiyədəki otellərindən birindən qovulduğu bildirilirdi. Hadisə şahidlərinin sözlərinə görə, bir axşam Voloçkova sərxoş olub və otel işçilərinə qarşı kobud davranmağa, aralarında uşaqlar da olan digər qonaqlara qarşı nalayiq sözlər deməyə başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş