Rusiya XİN: "Ermənistan və Azərbaycanı danışıqları bərpa etməyə çağırırıq"

Dünya

23.03.2023 - 15:29

Həkimlər Klinikalar SEO Xidməti

Zaxarova sülh prosesinə alternativ olmadığını deyib

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistan və Azərbaycanı münasibətlərin normallaşmasına dair danışıqları bərpa etməyə çağırıb.

AYNA-nın məlumatına görə, bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

Onun sözlərinə görə, sülh prosesinə alternativ yoxdur.

M.Zaxarova Bakı ilə İrəvanı nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası və s. kimi məsələlər daxil olmaqla, bütün istiqamətlər üzrə danışıqlar aparmağa çağırıb.

Müəllif: Ayna.az