"Rusiya Ukraynanın mülki və enerji infrastruktur obyektlərinə qarşı terror aktları törətməkdə davam edir”
Oktyabrın 11-də Rusiya qoşunları Ukraynanın Vinnitsa bölgəsinə hücum edib. AYNA Ukrayna mediasına istinadən bildirir ki, bu barədə vilayət adminstrasiyasının rəhbəri Sergey Borzov bildirib.
"Rusiya Ukraynanın mülki və enerji infrastruktur obyektlərinə qarşı terror aktları törətməkdə davam edir. Bu gün səhər saatlarında rus terrorçuları Ladıjinska İES-i kamikadze pilotsuz uçan aparatlarla bombalayıblar. Stansiyanın enerji avadanlığı zədələnib. Xoşbəxtlikdən tələfat olmayıb”, - deyə Ladıjinska şəhər ərazi icmasının “Facebook” səhifəsində adminstrasiya rəhbərinin adından məlumat yayılıb.
Qeyd edək ki, oktyabrın 10-da Rusiyanın Ukraynaya irimiqyaslı raket zərbələri nəticəsində 19 mülki şəxs həlak olub, 105 nəfər yaralanıb.