Rusiya ukraynalıların deportasiyasını davam etdirir

Dünya

06.10.2022 - 12:55

Həkimlər Klinikalar SEO Xidməti

Zelenski: "Biz bu müharibədə qalib gələcəyimizə və Ukraynanın müstəqilliyini qoruya biləcəyimizə şübhə etmirik”

“Rusiya 1 milyon 600 mindən çox Ukrayna vətəndaşını işğal etdiyi Ukrayna ərazilərindən deportasiya edib”. AYNA UNİAN-a istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

"Biz bu müharibədə qalib gələcəyimizə və Ukraynanın müstəqilliyini qoruya biləcəyimizə şübhə etmirik. Cəbhədə gündəlik qələbələr, Ukraynanın onlarla işğaldan azad edilmiş şəhər və kəndləri bunu sübut edir", - Prezident vurğulayıb.

Zelenski deyib ki, indi Ukrayna üçün yalnız bir sual var: “Rusiyanın məğlubiyyətini etiraf etməzdən əvvəl daha neçə Ukrayna vətəndaşını öldürməyə vaxtı olacaq? Rusiyanın nə qədər vaxtı olacaq ki, Ukraynadan apardıqları taxılı, resursları, sənaye məhsullarını, eləcə də insanları oğurlasınlar? İnsanları oğurlayırlar, deportasiya edirlər. Artıq bir milyon altı yüz mindən çox ukraynalı deportasiya edilib. Onlar Rusiyanın ucqar rayonlarına səpələniblər. Onların bir çoxunun sənədləri əlindən alınıb, bir çoxu işğalçıların dəhşətli saxlanma düşərgələrindən keçib, orada ələ salınıb, hədə-qorxu gəlinib”.

“Bütün ukraynalıların tez zamanda Rusiya işğalından xilas edilməsi, Ukrayna torpaqlarının azad edilməsi üçün hər şey edilir. Rusiyanın yaratdığı ukraynalı qurbanların uzun siyahısına son qoymaq üçün hər şeyi edirik. Ona görə də beynəlxalq aləmə müraciət edirəm. Xalqımız üçün, sülhü sürətləndirmək üçün sizin dəstəyinizə ehtiyacımız var", - Zelenski qeyd edib.

Qeyd edək ki, dinc ukraynalıların deportasiyasına qədər Rusiya onları filtrasiya düşərgələri adlanan yerlərdən keçirməyə məcbur edirlər. Orada onları sorğu-sual edirlər. Döymələrini yoxlamaq üçün soyundururlar və tez-tez güc tətbiq edirlər. Bundan əlavə, rus qoşunları ukraynalı uşaqları oğurlayır, sonra onlar Rusiyada qanunsuz övladlığa götürülürlər. Belə "övladlığa götürmə" proseduru bütün sənədlərin və təbii valideynlər haqqında məlumatların məhv edilməsinin təmini ilə həyata keçirilir, onların adları dəyişdirilir.

Ukrayna Ali Radasının Humanitar və İnformasiya Siyasəti Komitəsinin sədr müavini Pavel Suşko bildirib ki, genişmiqyaslı müharibə başlayandan bəri ən azı 557 min ukraynalı uşaq qanunsuz olaraq Rusiyaya aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş