Rusiya NATO ölkələrinin START-la bağlı müzakirədə iştirakının əleyhinə deyil

Dünya

26.02.2023 - 13:20

cedabet dərman SEO Xidməti

Putin bildirib ki, Rusiyanın NATO ölkələrinin START ilə bağlı müzakirədə iştirakına etirazı yoxdur

Rusiyanın NATO ölkələrinin Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması üzrə Tədbirlər Müqaviləsi (START) mövzusunun müzakirəsində iştirakına etirazı yoxdur. AYNA xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” telekanalında “Moskva. Kreml. Putin” verilişində deyib.

Qeyd edək ki, fevralın 21-də Putin Federal Məclisdə çıxışı zamanı Rusiyanın START müqaviləsində iştirakını dayandırdığını elan edib. NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın qərarından Alyans adından təəssüfləndiyini bildirib.

Putin bildirib ki, NATO-nun bəyanatı ABŞ-ın təklifi ilə gəlib: “Onlara bu bəyanatları vermək üçün basqı etdilər – biz bu haqda bilirik. Yaxşı, elədilər, amma eyni zamanda, onlar hansısa yolla bu dialoqda iştirak etmək iddiasını irəli sürüblər. Bəyanatlardan belə çıxır. Axı onlar formal olaraq bu sazişin tərəfi deyillər. Müqavilənin iki tərəfi var: Rusiya və ABŞ”.

Bundan əvvəl Rusiya lideri diqqət çəkib ki, NATO ölkələri Ukraynaya pulsuz silah verməklə müəyyən mənada hərbi münaqişədə iştirakçı olublar.

Xatırladaq ki, START və ya START III Rusiya ilə ABŞ arasında 2010-cu ildə qüvvəyə minmiş müqavilədir. Onun şərtlərinə görə, ölkələr nüvə arsenalını 700 qitələrarası ballistik raketə, sualtı qayıqlardakı ballistik raketlərə və ağır bombardmançı təyyarələrə, 1550 döyüş başlığına və 800 yerləşdirilmiş və yerləşdirilməmiş buraxılış qurğusuna qədər azaltmalıdırlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş