Rusiya ilə Belarus arasında hərbi sahədə protokol imzalanıb

Dünya

04.12.2022 - 13:31

Ölkələrin Müdafiə nazirlikləri regional təhlükəsizliklə bağlı razılığa gəliblər

Rusiya və Belarus Müdafiə nazirlikləri iki ölkə arasında hərbi sahədə regional təhlükəsizliyin təmin edilməsi sazişinə dair protokol imzalayıblar. AYNA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qeyd edilib ki, söhbət 1997-ci ildən bağlanmış müqavilədən gedir. İmzalanan protokolla bağlı təfərrüatlar hələlik açıqlanmayıb.

Bundan əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Minskə səfər edəcəyi və orada belaruslu həmkarı Viktor Xrenin ilə danışıqlar aparacağı bildirilmişdi.

Ötən ay isə iki ölkənin vahid müdafiə məkanı yaratmaq planları haqqında məlumatlar verilib.

Müəllif: Ayna.az