Rusiya hərbi doktrinasını dəyişir?

Dünya

22.02.2023 - 16:44

cedabet dərman SEO Xidməti

Ryabkov: “Rusiyanın hərbi doktrinasına dəyişiklik etmək planı yoxdur”

“Rusiyanın START müqaviləsində iştirakının dayandırılmasından sonra hərbi doktrinaya dəyişiklik etmək planı yoxdur”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Hazırda doktrinada dəyişiklik gözlənilmir. Vəziyyət tələb edərsə, əlavə təhlillər aparılacaq”, - deyə nazir müavini əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Ryabkov Rusiya tərəfinin ABŞ və onun müttəfiqlərinin silahlanma sahəsində atacağı addımlardan asılı olaraq əks tədbirlər görməyə hazır olduğunu bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş