Palu hərəkətindən peşman olmadığını söyləyib
Türkiyənin Stokholmdakı səfirliyi qarşısında “Quran-Kərim”i yandıran siyasətçi Rasmus Paludan ictimaiyyətə müraciət edib.
AYNA xəbər verir ki, bu barədə İsveçin “Expressen” qəzeti yazıb. Bildirilir ki, Paludanın qalmaqallı hərəkəti İsveç hakimiyyəti tərəfindən sanksiyalaşdırılıb və polisin nəzarətinə keçib.
Siyasətçinin özünün dediyinə görə, o, “Qurani-Kərimi” yandırmasına görə belə bir ictimai qınaq gözləməyib. Eyni zamanda, o, əməlindən peşman olmadığını da qeyd edib.
"Əlbəttə, biz dinin bir daha bizə gəlməsini və zorakılıq edənlərin yenidən küçələrə çıxmasını istəmirik", - deyə Paludan vurğulayıb.
Qeyd edək ki, yanvarın 21-də Stokholmda müqəddəs kitabın yandırılması ilə bağlı aksiya keçirilib. Paludan çıxışında NATO, Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğanı tənqid edib, Məhəmməd peyğəmbərin karikaturasını nümayiş etdirib.
İsveçin Baş naziri Ulf Kristersson bu hərəkəti müsəlmanlara qarşı hörmətsizlik adlandırıb.