Sərhəd Xidməti: “Gecə insidentsiz və sakit keçib”
Qırğızıstan-Tacikistan dövlət sərhədinin Səmərqəndıq, Tort-Koço, Kok-Taş, Daxma, Koço-Boyu və Qolovnaya bölgələrində vəziyyət sabitləşib.
AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Qırğızıstan Sərhəd Xidmətinin Mətbuat Xidmətinin məlumatında qeyd edilib.
Qeyd edilib ki, gecə insidentsiz və sakit keçib: “Vəziyyətə nəzarət və monitorinqi Qırğızıstan Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti həyata keçirir”.