Qırğızıstan sərhəd kəndlərdən əhalinin təxliyəsinə başlayıb

Dünya

27.01.2022 - 22:28

Həkimlər Klinikalar SEO Xidməti

Təxliyəsi nəzərdə tutulan insanların sayı açıqlanmır

Qırğızıstanın hakimiyyət orqanları Tacikistanla sərhəd münaqişəsi rayonunda yerləşən kəndlərdən əhalini təxliyə etməyə başlayıb.

AYNA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“FHN əhalinin təhlükəsiz yerlərə təxliyəsini yerli sakinlərlə birlikdə həyata keçirir”, - məlumatda deyilir.

Qeyd olunub ki, təxliyə prosesinə mikroavtobuslar, yük maşınları və yolsuzluq avtomobilləri cəlb edilib. Təxliyəsi nəzərdə tutulan insanların sayı açıqlanmır.

Xatırladaq ki, bu gün axşam saatlarında Tacikistan və Qırğızıstan sərhədində iki ölkənin sərhədçiləri arasında atışma olub. Sərhəddə silahlı qarşıdurma Qırğızıstanın Batken və İsfan şəhərlərini birləşdirən yolun Düşənbə tərəfindən birtərəfli qaydada bağlanması fonunda yaranıb. Tacikistan tərəfinin məlumatına görə, insident nəticəsində 6 nəfər yaralanıb, onların hamısı taciklərdir.

Hazırda sərhəd münaqişəsi rayonunda intensiv atışma getdiyi bildirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş