Qəzzada HƏMAS rəhbərliyindən narazılıq artır

Dünya

13.12.2023 - 12:13

cedabet dərman SEO Xidməti

“Fələstinlilər ərazidəki fəlakətli humanitar vəziyyətə görə hərəkatın rəhbərliyini günahlandırırlar”

Qəzza zolağında İsrailin davam edən hərbi əməliyyatı fonunda Fələstinin HƏMAS radikal hərəkatının rəhbərliyindən yerli narazılıqlar artır. AYNA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Narazılığa misal olaraq jurnalistlər özünü HƏMAS hökumətinin keçmiş rabitə və tikinti naziri Yusuf Mahmud Həməd əl-Mansi kimi təqdim edən şəxsin yayılan videosunu göstərir. O, təşkilatın lideri Yəhya Sinvarın Qəzza zolağındakı dağıntılara görə İsraili günahlandıran videosuna münasibət bildirib və əslində Sinvarın məsuliyyət daşıdığını deyib.

Nəşr həmçinin Qəzza sakinlərinin söylədiklərinə və telefonla verdikləri müsahibələrinə istinad edir. Müsahibələrində fələstinlilər ərazidəki fəlakətli humanitar vəziyyətə görə hərəkatın rəhbərliyini günahlandırırlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş