Qəribə blokada: ya erməni alimlər teleportasiya cihazı icad ediblər, ya da...

Aktual

16.02.2023 - 14:19

Moskva Qarabağda növbəti qarışıqlıq yaratmaq niyyətlərindən əl çəkmək istəmir?

Artıq 67-ci gündür ki, azərbaycanlı ekoloji fəalların, könüllülərin, vətəndaş cəmiyyəti nümayəndələrinin Xankəndi-Laçın yolunda, Qarabağ bölgəsindən təbii sərvətlərin talanması və Ermənistana ixracına qarşı etiraz aksiyası davam edir. Bu görünməmiş aksiya bir neçə maraqlı nəticələrə səbəb olub:

Birincisi, əsas odur ki, erməni separatçıları iki aydan artıqdır öz adi işləri ilə, yəni oğurluq və talançılıqla məşğul ola bilmirlər;

İkincisi, bununla yanaşı, Ermənistandan Qarabağ bölgəsinə silah və digər hərbi texnikanın gətirilməsi dayandırılıb;

Üçüncüsü, rüşvətxor fransız parlamentariləri, amerikalı konqresmenlər, rusiyalı deputatların təmsil olunduğu bütün ermənipərəst cameə azərbaycanlıların dinc, ən əsası isə qanuni əməllərinə qarşı müharibə elan etdi. Onlar “silaha sarıldı”, amma dişlərini sıxaraq nə baş verdiyini müşahidə etməyə məcbur oldular, heç nəyi dəyişdirə bilmədilər;

Və nəhayət, ermənilər növbəti dəfə bütün dünyaya humanitar fəlakətə gətirib çıxaracaq növbəti “soyqırımı” və “blokada” haqqında hayqırmaq şansı əldə etdilər (amma nədənsə heç vaxt belə olmadı). Yeri gəlmişkən, “əzabkeşlər” rəqəmlərlə yenidən manipulyasiya etmək imkanı da əldə etdilər.

Qarabağ bölgəsində yaşayan 15-20 min bədbəxt erməni sayı “120 minlik” heyrətedici rəqəmə çevrilib. Daha çox inandırıcılıq üçün. Və dünya ictimaiyyətinin "humanitar böhranın" miqyasına şübhə etməməsi üçün hayqırtıya "30 min uşaq" əlavəsi mütləq mövcud oldu.

Lakin hiyləgər ermənilər və onların başqa ölkələrdən olan yüksək rütbəli havadarları bu dəfə ciddi şəkildə səhvə yol verdilər - elə ilk günlərdən. Məsələ burasındadır ki, “qəddar” azərbaycanlı fəallar “blokada” iddialarının əksinə olaraq, nədənsə, Rusiya sülhməramlılarının humanitar yüklərinin, təcili tibbi yardım maşınlarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) avtomobillərinin keçidinə heç bir maneə yaratmayıblar. Və hər iki istiqamətdə.

Üstəlik, hər gün çoxsaylı yük maşınlarının və humanitar yük daşıyan minik avtomobillərinin Xankəndi-Laçın yolu ilə keçməsi ilə bağlı faktlar erməni KİV-lərinin özləri tərəfindən dərc olunur. Qəribə "blokada"dır, elə deyilmi?

Ancaq bu da hamısı deyil. Bugünlərdə Ermənistan mediası separatçı rejimin rəhbərləri Arayik Arutyunyan və Ruben Vardanyanın “blokada”nı yararaq, Qarabağ bölgəsini heyrətamiz şəkildə tərk etməsi barədə məlumat yayıb. Bəs necə çıxdılar onlar “blokada”dan?

Yəni, Qarabağdan olan erməni alimləri iki əsas quldura əvvəlcə Ermənistana, sonra isə Moskvaya teleportasiya etməyə imkan verən bir vasitə - aparat icad ediblər?

Yoxsa, saqqallı “Karlson”un – Vardanyanın həqiqətən də beşinci nöqtəsində propelleri var, hansının köməyi ilə o, Azərbaycanın hava hücumundan müdafiəsini aldada bilib? Yəqin ki, yox. Üstəlik, Vardanyanın propelleri işə salan düyməsi Kremlin əlindədir və Ruben sahibinin istəyi olmadan onu basa bilməz.

Ancaq burada mistika yoxdur. Hər şey daha prozaik və dünyəvidir. Arutyunyan və Vardanyan “Rusiya sülhməramlıları”nın yük maşınlarından birində Ermənistana, oradan da Rusiyaya gediblər. Ola bilsin ki, “qürurlu artsaxlılar”ın Ermənistandan kifayət qədər fəal olmayan soydaşlarına qaytardıqları kartof kisələrinin içində keçiblər.

Yeri gəlmişkən, separatçılar eyni yolla da Qarabağa qayıdıblar. Arutyunyan və Vardanyanın Xankəndidən Moskvaya və geriyə səfərindən hansı nəticələr çıxarmaq olar?

Birincisi, yuxarıda qeyd edildiyi kimi, baş verənlər heç bir blokadanın olmamasını göstərir. Əgər quldurlar artıq Laçın yolu ilə sərbəst hərəkət ediblərsə, o zaman ərzaq məhsulları da, sözsüz ki, Qarabağ bölgəsinə çatır.

İkinci qənaət ondan ibarətdir ki, “Rusiya sülhməramlıları”, yəni Moskva Qarabağda növbəti qarışıqlıq yaratmaq niyyətlərindən əl çəkmək istəmir.

Üstəlik, Azərbaycanın Baş Prokurorluğu Arayik Arutyunyana qarşı cinayət işi açıb və “sülhməramlıların” belə təxribatının dövlət cinayətkarına sığınacaq vermək, onu qanuni cavabdehlikdən gizlətməkdən başqa adı yoxdur.

Müəllif: Fed Bakinski