Yaroslav Jeleznyak: “Mən ABŞ səfiri ilə bağlı bu xəbəri qətiyyən təsdiq etmirəm"
“Ukraynanın ABŞ-dakı səfirinin dəyişdirilməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil”. AYNA.AZ xəbər verir ki, bu sözləri Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak öz “Telegram” kanalında yazıb.
“"Bloomberg”dən yalan. Mən ABŞ səfiri ilə bağlı bu xəbəri qətiyyən təsdiq etmirəm", - deputat yazıb.
Onun sözlərinə görə, ən çox ehtimal olunan namizəd mədəniyyət naziri Mikola Toçitskidir: “Lakin o G7-nin başqa bir ölkəsinə səfir kimi gedəcək”, - deyə vurğulayıb.
Daha əvvəl “Bloomberg” danışıqların təfərrüatları ilə tanış olan mənbəyə istinadən xəbər verib ki, Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 4-də Amerika lideri Donald Trampla telefon danışığı zamanı Ukraynanın Vaşinqtondakı səfirinin dəyişdirilməsi imkanını müzakirə edib.