Kremldən Trampın BRİKS-lə bağlı təhdidlərinə cavab verilib

Dünya

07.07.2025 - 19:12

cedabet dərman SEO Xidməti

“On BRİKS ölkəsinin qarşılıqlı fəaliyyəti heç vaxt heç bir üçüncü ölkəyə qarşı yönəlməyib və yönəlməyəcək”

“On BRİKS ölkəsinin qarşılıqlı fəaliyyəti heç vaxt heç bir üçüncü ölkəyə qarşı yönəlməyib və yönəlməyəcək”. AYNA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın BRİKS üzvü olan ölkələrə qarşı əlavə tariflər tətbiq etmək barədə təhdidlərinə cavabında deyib.

Qeyd edək ki, Ağ Evin rəhbəri BRİKS-in “antiamerikan” siyasətini dəstəkləyən istənilən ölkəyə qarşı on faiz məbləğində əlavə tariflər tətbiq etməklə hədələyib.

"BRICS assosiasiyasının unikallığı ondan ibarətdir ki, o öz maraqları əsasında əməkdaşlığı necə həyata keçirməklə bağlı ümumi dünyagörüşü paylaşan, ümumi yanaşmaları bölüşən ölkələrin birliyidir. BRİKS çərçivəsində bu qarşılıqlı fəaliyyət heç vaxt heç bir üçüncü ölkəyə qarşı yönəlməyib və yönəlməyəcək", - Kreml nümayəndəsi vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş