Zelenski Ukrayna XİN-ə yeni səfirin təyinatını Amerika tərəfi ilə müzakirə etməyi tapşırıb
ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski telefon danışığı zamanı Ukraynanın Vaşinqtondakı səfirinin dəyişdirilməsini müzakirə ediblər. AYNA.AZ xəbər verir ki, bu barədə mənbəsinə istinadən “Bloomberg” məlumat yayıb.
“Kiyevin Vaşinqtondakı nümayəndəsi postuna potensial namizədlər arasında Baş nazir Denis Şmıqal, Baş nazirin müavini Olqa Stefanişina, müdafiə naziri Rustem Umerov və energetika naziri German Qaluşenko var”, - agentliyin mənbəsi bildirib.
Qeyd olunub ki, Zelenski Ukrayna Xarici İşlər Nazirliyinə yeni səfirin təyinatını Amerika tərəfi ilə müzakirə etməyi tapşırıb.