“Polşa ordusu Almaniya ilə sərhəddə Sərhəd Mühafizəsinə və polisə dəstək verir"
Polşa Almaniya ilə sərhəddə xüsusi əməliyyata başlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış sosial şəbəkədə paylaşım edib.
"Təhlükəsiz Qərb əməliyyatı başlayıb - Polşa ordusu Almaniya ilə sərhəddə Sərhəd Mühafizəsinə və polisə dəstək verir", - müdafiə naziri bildirib.
Kosiniak-Kamış əlavə edib ki, Varşava “Litva ilə də sərhəddə fəaliyyətini genişləndirir”. Onun sözlərinə görə, bu xüsusi əməliyyatda iştirak etmək üçün beş min hərbçi ayrılıb.
Bundan əvvəl Kosiniyak-Kamış Polşa və Almaniyanın birgə sərhəd nəzarəti həyata keçirməyəcəyini bildirmişdi.