Gəncədə qanunsuz tikili sökülüb

Xəbərlər

07.07.2025 - 17:42

cedabet dərman SEO Xidməti

Gəncə RİH-in nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilən tikili sökülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən AYNA.AZ-a verilən məlumata görə, Gəncə Şəhər İcra Hakimiyyəti (RİH) tərəfindən şəhərin Muxtar Aşurov küçəsində qanunsuz tikinti işlərinin aparılması faktı aşkarlanaraq, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-ə müraciət olunub.

Müraciət əsasında nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə RİH-in nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilən tikili sökülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş