“The Washington Post”: İsrail Suriya və Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmağa başlaya bilər
İranla silahlı münaqişə başa çatdıqdan sonra İsrail Suriya və Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmağa başlaya bilər. AYNA.AZ xəbər verir ki, bu barədə “The Washington Post” (WP) məlumat yayıb.
Məqalədə deyilir: "Siyasi nöqteyi-nəzərdən İsrailin Baş naziri Benyamin Netanyahunun İrandakı uğurundan sonra əldə etdiyi imkandan yaxşı fürsət olmayacaq. O Suriya ilə regional saziş bağlaya, Səudiyyə Ərəbistanı ilə dialoqa başlaya, girovları qaytara bilər".
Bildirilib ki, ərəb ölkələri ilə “İbrahim sazişləri”nin mümkün genişləndirilməsi mövzusu Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında Ağ Evdə keçiriləcək danışıqlarda müzakirə olunacaq.
Nəşr yazıb ki, Amerika lideri ümid edir ki, İranla barışıq Yaxın Şərqdə daha uzunmüddətli sülh üçün əsas ola bilər.