“2020-ci il prezident seçkilərində qalib gəlsəydim indi Rusiya ilə müharibə olmazdı”
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ Rusiya ilə münaqişədə Ukraynaya çox kömək edir. AYNA.AZ xəbər verir ki, o bu barədə jurnalistlərlə söhbətində deyib.
"Mən Ukraynaya kömək edirəm. Onlara çox kömək edirəm", - Amerika lideri qeyd edib.
Tramp vurğulayıb ki, “bu münaqişə heç vaxt başlamamalı idi”. Ağ Ev rəhbəri əlavə edib ki, “2020-ci il prezident seçkilərində qalib gəlsəydim indi Rusiya ilə müharibə olmazdı”.