Manatla verilmiş kreditlər bahalaşıb

İqtisadiyyat

07.07.2025 - 14:32

cedabet dərman SEO Xidməti

Manatla yeni verilmiş kreditlərin orta faiz dərəcəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 3.79 faiz bəndi artıb

2025-ci il iyun ayının 1-nə Azərbaycanda milli valyutada yeni verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 18,90% təşkil edib. AYNA.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.

Qeyd olunub ki, manatla yeni verilmiş kreditlərin orta faiz dərəcəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 3.79 faiz bəndi artıb.

Eyni zamanda, cari ilin iyun ayının 1-nə ölkədə xarici valyuta ilə yeni verilmiş kreditlər üzrə orta faiz dərəcəsi 6,59% təşkil edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0.84 faiz bəndi çoxdur.

Qeyd edək ki, cari ilin iyun ayının 1-nə Azərbaycanda bankların kredit portfelinin həcmi 28 milyard 386.5 milyon manata bərabər olub. Kredit portfelinin 15 milyard 100 milyon manatı biznes kreditləri, 8 milyard 881.9 milyon manatı istehlak kreditləri, 4 milyard 404.6 milyon manatı isə ipoteka kreditləri təşkil edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş