Putinin işdən azad etdiyi nazir özünü öldürüb

Xəbərlər

07.07.2025 - 22:58

cedabet dərman SEO Xidməti

Roman Starovoit Odintsovodakı evində özünü güllələyib

Rusiyanın sabiq Nəqliyyat naziri Roman Straovorit intihar edib. AYNA.AZ xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinə mənbələr bildirib.

Yaxınlıqda ilkin olaraq odlu silah aşkar edilib.

Roman Starovoit Odintsovodakı evində özünü güllələyib.

Mash teleqram kanalı yazır ki, Starovoit 2023-cü ildə Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən təltif olunduğu silahla özünü güllələyib.

Qeyd edək ki, bu gün səhər Putin heç bir səbəb göstərmədən nəqliyyat naziri Roman Starovoiti vəzifəsindən azad edib və onun müavini, Novqorod vilayətinin keçmiş qubernatoru Andrey Nikitini nazir səlahiyyətlərini icra edən təyin edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş