Rafael Qrossi: “Bu məsələ diplomatik yolla həll edilməlidir”
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi deyib ki, “İranın nüvə proqramını tamamilə məhv etmək olmaz”. AYNA.AZ “Kommersant.ru”ya istinadən xəbər verir ki, o bildirib ki, bu məsələ diplomatik yolla həll edilməlidir.
"Həll yolu hərbi ola bilməz, çünki texnoloji və sənaye bazası olan belə mühüm ölkənin potensialını tamamilə məhv etmək mümkün deyil. Mümkün ssenarilərin hər birində diplomatik razılaşma əldə edilməlidir. Belə razılaşmanın bir hissəsi müvafiq sistemin yoxlanılması olmalıdır, lazımi struktur lazımdır", - Qrossi Varşavada jurnalistlərə deyib.